Əl-Mumin surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Mumin surəsi" üzrə 85 ayə tapıldı.
Allah gecəni onda asayiş və rahatlıq tapmağınız üçün yaradan, gündüzü isə (işlə məşğul olmağınız üçün) işıqlı edəndir. Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükr etmirlər.
Sizin Rəbbiniz hər şeyin yaradanı olan, Ondan başqa bir məbud olmayan bu Allahdır. Belə isə (Ondan) hara və necə döndərilirsiniz?!
Daim Allahın (tovhid) ayələrini inkar edənlər (haqdan) beləcə (sənin qövmün kimi) döndərilirlər.
Allah yeri sizin üçün yaşayış yeri və göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə də aləmlərin Rəbbi olan Allah müqəddəs və bol xeyir-bərəkətlidir.
(Zatən) diri (və əzəli və əbədi olan) Odur. Ondan başqa bir məbud yoxdur. Buna görə də etiqadı (şirkdən), itaəti (riyadan) və dini (bidətdən) saflaşdırıb Onu çağırın. Bütün həmd-sənalar(ın əsası və zatı) aləmlərin Rəbbinə məxsusdur.
De: «Rəbbim tərəfindən mənə aydın dəlillər gələn vaxtdan sizin, Allahın yerinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan edilib və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.»
Sizi (baba və nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi və ruhi) kamal həddinizə çatasınız deyə (sizi diri saxlayır). Sonra qocalasınız deyə (sizi yaşadır). Sizdən bəzisi ondan (uşaqlıq, həddi-büluğ və qocalıq mərhələlərindən) qabaq vəfat edir. Və (bu möhlət) müəyyən müddətə (ilahi elmdən keçmiş və Lövhi-Məhfuzda qeyd edilmiş müddətə) çatmağınız üçündür və onun üçündür ki, (yaradılışın başlanğıcı və təkmül hərəkətinizin gedişi barəsində) düşünəsiniz.
(Həyat sürmək qabiliyyəti olan hər şeyə) həyat verən və (vaxtında) öldürən Odur. Bir şeyi qəti şəkildə (yaratmaq) istəyəndə (həmin şey dərhal mövcud olur, sanki) ona yalnız «ol!» deyir, beləliklə o da olur.
Məgər Allahın (tovhidlə bağlı) ayə və nişanələri barəsində mübahisə və qalmaqal edənlərə baxmadınmı ki, onlar (aydın dəlillərdən) necə və hara döndərilirlər?
Bu kitabı və Bizim Öz peyğəmbərlərimizi ona görə (çatdırılmasına xatir) göndərdiyimiz şeyi (dini, hökmləri) təkzib və inkar edən həmin kəslər! Buna görə də tezliklə biləcəklər.
və Onun yerinə ibadət etdikləriniz?» Onlar deyəcəklər: «Onlar bizdən qeyb oldular. Ümumiyyətlə biz heç bundan əvvəl (də Allahdan başqa) əsla bir şeyi çağırmırdıq.» Allah kafirləri bu cür öz azğınlıqlarında boşlayır (ki, onlar Qiyamətdə də yalandan əl çəkmirlər).
Bu (əzab) yer üzündə nahaq yerə şənləndiyinizə görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdınız.
Cəhənnəmin (günahlarınıza əsasən təyin edilmiş) qapılarından daxil olun ki, orada əbədi qalacaqsınız. Təkəbbürlülərin yeri pis yerdir.
Buna görə də səbr et. Əlbəttə Allahın (onların məğlub və əzaba düçar olmaları barəsindəki) vədi haqdır. Əgər onlara vəd etdiyimizin bəzisini sənə göstərsək və yaxud (onlardan qabaq) sənin canını alsaq, onların hamısı Bizə tərəf qaytarılacaqlar (və sən axirətdə onların cəzasını görəcəksən).
Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyl göstərənlər ziyana uğrayarlar.
Allah bəzisinə minəsiniz deyə heyvanları sizin üçün yaradandır (və onları sizə ram edəndir). Siz onlardan (onların ətindən) yeyirsiniz (də)!
Və onlarda sizin üçün (süd, yun, dəri, bala, peyin və onların alveri kimi) mənfəətlər vardır. (Həmçinin) onlarla (mallarınızı onların üzərinə yükləyib istədiyiniz yerə getməklə) ürəyinizdə olan ehtiyaclara çatmağınız üçün (yaratdı onları). Onların üstündə və gəmilərdə daşınırsınız.
85 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
5 Səhifə