"Furqan" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Furqan" üzrə 78 ayə tapıldı.
Onlara «Rəhman (olan Allah)a səcdə edin» deyilən zaman (məsxərə edərək) deyərlər: «Rəhman nədir? (Tanımadan) sənin əmr etdiyinə səcdə edək?!» Və (sənin sözün) onların nifrət və uzaqlığını artırır.
Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir.
(Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükr etmək istəyən şəxs üçün gecə və gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükr etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)
. Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir.
Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər. 66. Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir.
Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.
Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar.
(Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar.
(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır.
Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.)
O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər;
Və o kəslər ki, Rəbblərinin (vəhy, Qur’an və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər);
Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!
(Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə də (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz və daimi bir əzab olacaqdır.»
78 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
4 Səhifə