"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət və hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq.
Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.
(Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.
Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O yaratmışdır və O hər şeyi biləndir.
Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.
Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.
Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Qur’an və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).
Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan.» Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.
Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).
Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.
Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddiaçının öhdəsinədir)». (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?
Onların qəlb və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər və onları öz azğınlıq və itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar.
Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.
Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.
(İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.
(Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.
Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.
Həqiqətən Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə