"Gün" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Gün" üzrə 1230 ayə tapıldı.
(Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər).»
(Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.
Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır.
Heç bir dost və yoldaşın öz dost və yoldaşından heç bir zərəri dəf etməyəcəyi və onlara kömək olunmayacaq bir gün!
Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır.
İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın.
Həmçinin onlara (dinlərinin) iş(i) barəsində aydın dəlillər verdik (ki, onun əsasları və qollarında qaranlıq bir nöqtə qalmasın). Beləliklə onlar yalnız (məsələnin həqiqəti barəsində) özlərinə elm yetişdikdən sonra (ancaq) aralarındakı həsəd, həddi aşmaq və təkəbbür üzündən ixtilafa düçar oldular. Həqiqətən sənin Rəbbin Qiyamət günü onların arasında barəsində ixtilafa düçar olduqları bütün şeylər barəsində hökm çıxaracaqdır.
Yoxsa günahlara batmış kəslər onları iman gətirib yaxşı işlər görmüş şəxslər kimi edəcəyimizi – həyat və ölümlərinin (onlarla) eyni olacağını güman edirlər? Nə pis mühakimə yürüdürlər!
Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı (ki, hər bir istedad sahibi özünün layiqli kamalına çatsın) və hər bir nəfs qazandığının müqabilində (digər aləmdə) cəzalandırılsın. Onlara əsla zülm edilməyəcək və haqları kəsilməyəcəkdir.
De: «Allah sizə (əvvəlcə bu dünyada) həyat bəxş edir, sonra öldürür, daha sonra sizi barəsində şəkk-şübhə olmayan Qiyamət gününə toplayacaqdır. Lakin insanların çoxu bilmir.»
Göylərin və yerin həqiqi malik və sahibi Allahdır (çünki onların yaradılması, qorunması və məhv edilməsi Onun əlindədir). Batilə uyanlar Qiyamətin qopacağı gün, (bəli, məhz) həmin gün ziyana uğrayacaqlar.
(Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış və diz çökmüş görərsən. Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür).»
Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz və (onda siz) günahkar bir dəstə idiniz.»
Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır.»
Bunun (bu əzabların) səbəbi sizin Allahın ayələrinə məsxərə etməyiniz və dünya həyatının sizi aldatmasıdır. Odur ki, bu gün onlar Cəhənnəmdən çıxarılmayacaq, üzrxahlığa çağırılmayacaq və onlardan Allahın razılığını əldə etmələri istənilməyəcək.
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir hədəf üçün) və müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq. Küfr edənlər qorxudulduqları şeydən üz döndərirlər.
De: «Mənə xəbər verin (görüm) əgər bu (Qur’an) Allah tərəfindən olsa və siz küfr etsəniz, İsrail övladlarından bir şahid (bəzi yəhudi alimləri) isə onun bənzərinə (Qur’an kimi olan və Qur’anın doğruluğuna şahid olan həqiqi Tövrata) şəhadət verib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizcə siz çox çətin bir azğınlıq içərisində qalmazsınızmı)?» Həqiqətən Allah zalımları (imanın kamillik dərəcələrinə) yönəltməz.
Onlar çox yaxşı əməllərini qəbul etdiyimiz və verilmiş doğru vədə əsasən Cənnət əhli zümrəsində günahlarından keçdiyimiz kəslərdir.
1230 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
62 Səhifə