"Ad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ad" üzrə 2613 ayə tapıldı.
Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.
Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!
Onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar.
Onlar cansız ölülərdir və (özlərinin və ya onlara ibadət edənlərin) nə vaxt dirildiləcəklərini bilmirlər.
Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.
Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!
Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».
Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!
Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!
Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.
Və müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını və halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir və küfr və əzab da bu qadağaya daxildir.)
Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: «Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun.» Beləliklə Allah onların bəzisini (dəvətin əslini qəbul edənləri kamal mərhələlərinə) hidayət etdi və onlardan bəzisinə (dəvəti rədd edənlərə) zəlalət və azğınlıq qətiləşdi. Buna görə də, yer üzündə gəzin və təkzib edənlərin aqibətinin necə olduğuna baxın!
Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.
Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bilmir.
Barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və (bəşəriyyətin arasında küfr yaranandan onun sonunadək) küfr edənlərin yalançı olmalarını bilmələri üçün!
Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür.
(Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə də (mələklər, qadınlar və cinlər deyil) yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz).
Məgər öz hiylələri ilə (İslama və Peyğəmbərə qarşı) çirkin tədbirlər tökən kəslər Allahın onları yerə batırmasından, yaxud onlara heç fikirləşmədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadırlar?!
Və (cansızlardan əlavə) göylərdə və yerdə olan canlılar Allaha səcdə edirlər (zati itaət, qeyri-ixtiyari və ixtiyari səcdə edirlər). Və həmçinin mələklər (iradə ilə ixtiyari səcdə edirlər) və onlar təkəbbür göstərmirlər.
Və Allah buyurdu: «İki məbud tanrı (yaradılış tanrısı və idarəetmə tanrısı) götürməyin, həqiqət budur ki, O, tək olan məbuddur. Buna görə də yalnız Məndən qorxun».
2613 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
131 Səhifə