Əş-Şuəra surəsi - Ayə 83 #26:83 «Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur».
Əş-Şuəra surəsi - Ayə 84 #26:84 «Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil və (mənə) haqqa doğru bir dəvət edən ver».
Əş-Şuəra surəsi - Ayə 86 #26:86 «Atamı bağışla! O, azanlardan oldu. (Azər İbrahimin qayınatası və ya əmisi idi, atası Tarox isə Allahın təkliyinə inananlardan idi.)
Əş-Şuəra surəsi - Ayə 89 #26:89 «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!».
Əş-Şuəra surəsi - Ayə 93 #26:93 Allahın əvəzinə (ibadət etdikləriniz)?! Sizə kömək edirlərmi, yaxud əzabı özlərindən dəf edə bilirlərmi?!»
Əş-Şuəra surəsi - Ayə 94 #26:94 Beləliklə, (ibadət etdikləri) o tanrılar və azğınlar bir-birinin ardınca, üzü üstə atılarlar.
Əş-Şuəra surəsi - Ayə 95 #26:95 İblisin bütün əsgərləri də (daim onun itaətində olan müşrik, kafir və fasiqlər, İblisin özünün nəsli və balaları da oda sürüklənərlər).
Əş-Şuəra surəsi - Ayə 96 #26:96 Onlar (Cəhənnəm əhli) bir-birlərilə dava-dalaş edən halda (öz tanrılarına) deyərlər:
Əş-Şuəra surəsi - Ayə 99 #26:99 «Bizi yalnız günahkarlar (fəsad törədən alimlər, zalım hakimlər və azğın dostlar) azdırdılar».