"Başçı" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Başçı" üzrə 98 ayə tapıldı.
Bilin ki, xalis din, etiqad və itaət Allaha məxsusdur. Allahın yerinə (mələk, cin və müqəddəs insanlardan) başçı və rəbb götürənlər «biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» (deyirlər). Həqiqətən Allah onların (və möminlərin) arasında, haqqında ixtilafda olduqları şey barəsində (qiyamət günü) hökm çıxaracaqdır. Əlbəttə, Allah yalançı, kafir və nankor kəsləri hidayət etməz.
Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır.
Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməllərini qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.
Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları.
Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.
(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!
Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.
Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
Həqiqətən Biz Musanı Öz ayə və nişanələrimizlə birlikdə Fironun və onun qövmünün başçı və böyüklərinin yanına göndərdik. O dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm.»
Onların (dünyalarının) arxasında Cəhənnəmdir. Onların əldə etdikləri (mal-dövlət və məqam) və Allahın yerinə başçı və dost (olaraq) götürdükləri şey (Allahın) onlar(a olan əzabın)dan bir şeyi dəf etməyəcəkdir. Onlar üçün böyük əzab vardır.
Çünki onlar əlbəttə ki, Allah(dan gələn əzab)dan bir şeyi səndən dəf etməzlər. Həqiqətən zalımlar bir-birlərinin dost və yardımçılarıdır. Allah (isə) təqvalıların başçı və yardımçısıdır.
Kim Allahın dəvətçisini qəbul etməsə, yer üzündə (Allahı) əsla aciz qoya bilməyəcəkdir (Onun səltənətindən qaça və və ya daha üstün qüdrətə sığına bilməyəcəkdir). Onun Allahdan başqa başçı və yardımçıları yoxdur. Belələri aşkar azğınlıq içərisindədirlər.
Bunun səbəbi Allahın iman gətirənlərin başçısı və yardımçısı olmasıdır. Kafirlərin isə başçı və yardımçıları yoxdur.
Əgər küfr edənlər sizinlə vuruşsalar mütləq sizə arxa çevirər (və məğlub olar), sonra bir başçı və yardım edən tapmazlar.
Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə başçı, dost və köməkçi götürməyin. Onlar kafirlər qəbir əhlin(in dirildiləcəyinə yaxud ölmüş kafirlər savabdan və Allahın rəhməti)dən ümidlərini kəsdikləri kimi ümüdsizdirlər.
«Həqiqətən, (o başçılar) çoxlarını azdırdılar; və (ey Rəbbim,) zalımların ancaq azğınlığını artır».
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
98 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
5 Səhifə