"cənnət" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "cənnət" üzrə 163 ayə tapıldı.
Onunla (Allahla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (Allahın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (Allah) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır.
Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.
Daxil olacaqları əbədi Cənnətlər (onların mükafatıdır), orada qızıl bilərziklər və incilərlə zinətlənərlər. Orada libasları da ipəkdən olar.
(Axırda onu öldürdülər və ona) deyildi: «Cənnətə (Cənnət Bərzəxinə) daxil ol!» O dedi: «Kaş qövmüm biləydi ki,
Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval – ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər.
Qapıları üzlərinə açıq olan (və heç bir qapısının açara ehtiyacı olmayan) əbədi cənnətlər!
Orada (taxtlara) söykənmiş halda (qılman və cənnət cavanlarından) firavan meyvələr və içki istəyərlər.
Biz onları (nahaq yerə) ələ saldıq (və indi cənnətdədirlər), yoxsa bizim gözlərimiz onları görmür (və əslində onlar buradadırlar)?!
Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»
(Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükr bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!
Ey Rəbbimiz! Onları özlərinə və əməlisaleh ata, zövcə və övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən!
Kim pis iş görsə, yalnız onun miqdarında cəzalandırılacaq və kişi və ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı iş görsə, belələri Cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən və möminin hesabından xaric həddə) ruzi veriləcəkdir.»
Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbrdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!»
Və beləcə biz sənə ərəbcə bir Qur’an vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.
(Cəza günü) zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür.
Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir.» Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
məni yaratmış (yoxluqdan varlığa gətirmiş) kəs istisna olmaqla ki, əlbəttə O, tezliklə məni (dünyada müxtəlif insani kamilliklərə və axirətdə Cənnətə) hidayət edəcəkdir.»
Bu sizin (dünyada) yerinə yetirdiklərinizin müqabilində (və ya yaxşı əməllərinizə görə kafirlərin də payına) varis olduğunuz Cənnətdir.
163 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
9 Səhifə