"biz" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "biz" üzrə 1198 ayə tapıldı.
Onların (insanların) yerinə onlardan daha yaxşısını gətirək və Biz əsla (Öz iradəmizdə) məğlub olmarıq!
Həqiqətən, Biz Nuhu öz qövmünə yolladıq ki: «Öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxut».
De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qur’ana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Qur’an eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».
«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.» (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).
«Və (biz iman gətirdik.) Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad».
«Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guya Onun zövcəsi və övladı vardır)».
«Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».
«Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir».
«(Qur’ana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».
«Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».
«Və elə ki, biz bu hidayətedicini (Qur’anı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».
«Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».
Həqiqətən, Biz tezliklə sənə ağır bir kəlam (mənalarının başa düşülməsi, onun həqiqətlərinə varmaq, əmrlərinə əməl olunması, camaata çatdırılması, cəmiyyətdə onun həyata keçirilməsi və cəmiyyətin onu dərk etməsi və ona əməl etməsi baxımından ağır ayələr) təlqin edəcəyik.
Şübhəsiz, Biz sizə elə bir peyğəmbər göndərdik ki, siz(in əməlləriniz)ə şahiddir, necə ki, (bir zaman) Firona tərəf bir peyğəmbər göndərmişdik.
Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.
Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk – şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Qur’an ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.
1198 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
60 Səhifə