Əl-Əraf surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Əraf surəsi" üzrə 206 ayə tapıldı.
Bu, (insan) cəmiyyətlər(i)dir ki, onların xəbərlərini sənə söyləyirik. Doğrudan da peyğəmbərləri onlara aydın dəlillər gətirdilər, lakin onlar qabaqcadan təkzib etdikləri şeyə iman gətirən deyildilər! Allah kafirlərin qəlblərinə beləcə (sərtlik və anlamazlıq) möhür(ü) vurur.
O zaman onlardan (əvvəlki peyğəmbərlərdən) sonra Musanı Öz ayə və nişanələrimizlə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə onlar o ayələrə zülm etdilər (onları qəbul etmədilər). Buna görə də fəsad törədənlərin aqibətlərinin necə olduğuna nəzər sal!
Və Musa dedi: «Ey Firon, həqiqətən mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm.
Allah barəsində yalnız haqqı deməyə borcluyam. Şübhəsiz, sizin üçün (tovhid və öz nübuvvətim barəsində) aydın bir dəlil gətirmişəm. Odur ki, (onları qəbul et və) Bəni-İsraili mənimlə (öz əsl vətənləri olan Beytül-Müqəddəsə) göndər».
Firon dedi: «Əgər bir ayə və nişanə gətirmisənsə və doğruçulardansansa onda, onu gətir (və göstər)».
Fironun qövmünün başçı və böyükləri (bir-birlərinə) dedilər: «Şübhəsiz, bu (kişi) çox bilikli bir sehrbazdır.
Və sehrbazlar Fironun yanına gələrək dedilər: «Əgər biz qalib gəlsək, bizim üçün mütləq mühüm bir muzd olacaqmı?»
Dedi: «Siz atın.» Beləliklə elə ki, (cadugərlik alətlərini) atdılar camaatın gözlərini (sehrlə) bağladılar və onları çox qorxutdular və böyük bir sehr yaratdılar.
Və Biz Musaya «öz əsanı at!» deyə vəhy etdik. (Elə ki, Musa əsasını atdı, əsa əjdaha oldu.) Beləliklə, sehrbazların yalandan düzəltdiklərini qəfildən sürətlə tutub udurdu.
206 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
11 Səhifə