Ən-Nəhl surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ən-Nəhl surəsi" üzrə 128 ayə tapıldı.
Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən və ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) – Allah nə nazil etdiyini daha yaxşı bilir – deyərlər: «Sən ancaq yalançı və iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.
De: «Bu (Qur’anı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.
Əlbəttə, Biz onların «əslində bunu (Qur’anı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Qur’an) isə açıq-aydın ərəb dilindədir!
Şübhəsiz, Allahın ayələrinə və aydın dəlillərinə iman gətirməyənləri Allah hidayət etməyəcəkdir və onlar üçün ağrılı bir əzab vardır.
(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!
Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə A (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır).
Bu (qəzəb) onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir.
Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir.
Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işkəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır.
(Yada sal) o gün(ü) ki, hər bir şəxs mübahisə və özünü müdafiə edən halda gələr, hər bir kəsə etdiyi(nə uyğun mükafat və ya əməlinin gerçək təzahürü) kamil surətdə verilər və onlara zülm olunmaz (haqları kəsilməz).
Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı.
Və həqiqətən onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.
Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.
Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.
(Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır. 118. Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ən’am surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.
Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri v əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır.
Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. [Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.] O, Allah qarşısında təvazökar və itaətkar, haqqa yönələn idi və heç vaxt (nə vücudda, nə rübubiyyətdə, nə ibadətdə və nə də itaətdə) müşriklərdən olmamışdı.
128 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə