Yunus surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Yunus surəsi" üzrə 109 ayə tapıldı.
De: «Göylərdə və yerdə (yaradılışın) nə (cür heyrətamiz qəribəliklərinin) olmasına baxın. Lakin nişanələr və öyüdlər iman gətirməyən dəstəyə əsla fayda vermir və (qəflət və zəlaləti) onlardan uzaqlaşdırmır.
Belə olan halda məgər onlar özlərindən qabaq (gəlib) keçənlərin (əzab) günləri kimi bir gün (zəhərli külək, daş yağmuru, yandırıcı ildırım və öldürücü bağırtı) gözləyirlər? De: «Gözləyin, həqiqətən mən də sizinlə gözləyənlərdənəm».
Sonra (bəla nazil olan zaman) elçilərimizə və iman gətirənlərə nicat veririk. (Bütün əsr və mühitlərdə) möminlərə bu cür n öhdəmizə götürdüyümüz kimi nicat veririk.
De: «Ey insanlar, əgər mənim dinim(in düz və ya səhv olması) barəsində şəkk-şübhədəsinizsə, onda (bilin ki,) mən sizin Allahın yerinə ibadət etdiklərinizə (bütlərə) ibadət etmirəm; və lakin sizin hamınızın canını alan Allaha ibadət edirəm və mənə möminlərdən olmaq əmr edilmişdir.»
Və (mənə) «bütün diqqətini haqq olan bu düzgün dinə doğru çevir və əsla müşriklərdən olma» (deyə əmr olunmuşdur).
«Və Allahdan başqa sənə fayda verməyən və ziyan yetirməyən şeyi (Allah kimi) çağırma ki, əgər belə etsən onda mütləq zalımlardan olacaqsan.»
Və əgər Allah (yaradılış aləminin tələbinə uyğun olaraq, yaxud şəriətlə müəyyənləşdirdiyi cəzaya görə) sənə (xəstəlik, yoxsulluq, ziddiyyət və müharibədə məğlubiyyət kimi) bir ziyan yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz xeyrini bəndələrindən istədiyinə yetirər. O çox bağışlayan və mehribandır.
De: «Ey insanlar, şübhəsiz, haqq (Qur’an və İslam dini) sizə Rəbbiniz tərəfindən gəlmişdir. Beləliklə kim doğru yola gəlsə, həqiqətən öz xeyrinə doğru yola gəlir və kim azsa, mütləq öz ziyanına azır və mən sizin işlərinizin gözətçi və vəkili deyiləm.
Sənə vəhy olunana tabe ol və (dəvət vəzifəsinin yerinə yetirilməsində) Allah (səni inkar edənlərlə sənin aranda) hökm çıxarana kimi səbr et. O, hökm çıxaranların ən yaxşısıdır.
109 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə