"Qəm" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Qəm" üzrə 111 ayə tapıldı.
Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür baxımından) müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir).
Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət baxımından) bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir.
Onlar nə ediblərsə (əqidə və əməlləri nə olubsa) yazılarda (onların şəxsi əməl dəftərində və ümumi Lövhi-məhfuzda) qeyd edilmişdir.
Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında (həqiqi iman və əməl müqabilində verilən və yaxud doğru əqidə və əməlin təzahürü olan məqamda olacaqlar).
Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı Şeytandandır. Halbuki, (Şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
111 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə