"rəhman" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "rəhman" üzrə 122 ayə tapıldı.
(Allahdan qorxan və Allah dərgahına yaxın bəndələrə məxsus) o iki cənnətdən aşağı (sağ tərəf əhlinə məxsus) digər iki cənnət vardır.
Yeddi göyü təbəqələrlə (bir – birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?
Və məgər onlar başları üstündə uçan, gah qanadlarını açan, gah da yığan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Rəhman (olan Allah)dır. Həqiqətən, O, hər şeyi görəndir!
Sizin ordunuz (köməkçiləriniz) kimlərdir ki, Rəhman (olan Allah)a qarşı sizə köməklik etsin?! Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar.
122 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə