"ruzi" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ruzi" üzrə 133 ayə tapıldı.
Məgər onlar ruzini istədiyi kəs üçün genişləndirən və daraldanın Allah olmasını bilməyiblər? Həqiqətən bunda (bu işdə) iman gətirənlər üçün (Allahın qüdrət, tədbir və hikmətindən) nişanələr vardır.
Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar.
Kim pis iş görsə, yalnız onun miqdarında cəzalandırılacaq və kişi və ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı iş görsə, belələri Cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən və möminin hesabından xaric həddə) ruzi veriləcəkdir.»
Allah yeri sizin üçün yaşayış yeri və göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə də aləmlərin Rəbbi olan Allah müqəddəs və bol xeyir-bərəkətlidir.
Göylərin və yerin xəzinələri (ruzinin xammal və mənbələri və onların Allahın istəyindən ibarət açarları) Ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir (artırır) və ya daraldır (azaldır). Çünki O, hər şeyi biləndir.
Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə (mənəvi və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir.
Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir.
Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin (müxtəlif istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır.
Həqiqətən Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik.
Bəndələrin ruzisi olsun deyə! Həmçinin su vasitəsi ilə (bitkiləri bitirib) ölmüş torpağı diriltdik. Çıxmaq (qiyamət günü ölülərin qəbirlərdən baş qaldırmaları da) belədir (bitki və dənlərin yetişməsi kimidir).
(and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.
Beləliklə and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).
Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.
133 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
7 Səhifə