"tövbə" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "tövbə" üzrə 194 ayə tapıldı.
Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.
Münafiqlər Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca pis söz) deməyiblər. Halbuki şübhəsiz, küfr sözü deyiblər və İslamı qəbul etdikdən sonra (dönüb) kafir olublar (İslamı izhar etdikdən sonra küfrü izhar ediblər). Və onlar nail ola bilmədikləri təhlükəli bir qərar (Peyğəmbərə sui-qəsd, ya onu Mədinədən çıxarmaq qərarını) qəbul etdilər. Onlar (Allaha və Peyğəmbərə) yalnız Allah və Onun Peyğəmbərinin onları Öz lütf və kərəmləri ilə ehtiyacsız etmələrini irad tutdular və qəzəbləndilər (beləliklə, nemətə şükr etmək əvəzinə intiqam almaq istədilər). Odur ki, əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır və əgər üz döndərsələr, Allah onlara dünya və axirətdə ağrılı bir əzab verəcək və yer üzündə onların bir başçı və köməkçiləri olmayacaqdır.
Onlardan Allahla «əgər O Öz lütfündən bizə əta etsə, mütləq sədəqə verəcək (hər bir haqq sahibinin haqqını ödəyəcək) və mütləq salehlərdən olacağıq» deyə əhd bağlamış kəslər vardır.
Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və (qəlbən) dönük olaraq üz çevirdilər.
Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı.
Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?
Rəğbətlə sədəqə verən və müstəhəb sədəqələr ödəyən möminlərə və (Allah yolunda xərcləmək üçün) yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları (varlı və yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları) və onlara məsxərə edənləri Allah məsxərə edir və onlar üçün ağrılı bir əzab olacaqdır.
Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz.
(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: - əgər dərindən düşünürlərsə - «Cəhənnəm odu daha istidir».
Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar. [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar.]
Odur ki, əgər Allah səni (bu Təbuk müharibəsindən) (Mədinəyə) onlardan (döyüşdən qalmış) bir dəstəsinin yanına qaytarsa və onlar səndən (başqa bir döyüşə) çıxmaq üçün icazə istəsələr, de: «Əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz, indi də qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə (evdə) oturun».
Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.
Onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir.) Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək və qorumaq) vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
«Allaha iman gətirin və Onun Peyğəmbəri ilə birgə cihad edin» deyə bir surə nazil olan zaman, onların (münafiqlərin) qüdrət və sərvət sahibləri səndən izn istəyər və «qoy biz evdə oturanlarla birgə olaq» deyərlər.
Onlar yerdə qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurulmuşdur. Buna görə də daha (səadət yolunu) dərk etməzlər.
Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
Allah onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır. Orada əbədi qalarlar. Budur böyük uğur və qurtuluş!
Bədəvi ərəblərin üzürlüləri (qeyrət üzündən sənin yanına) gəldilər ki, onlara (cihada getmək üçün) icazə verilsin. Həmçinin səbəbsiz üzr istəyənlər gəldilər ki, (cihadı tərk etmək üçün) icazə alsınlar. Allaha və Onun Peyğəmbərinə yalan söyləmiş kəslər evdə oturdular (və cihaddan qalmaq üçün izn belə istəmədilər)! Tezliklə onlardan kafir olmuş kəslərə ağrılı bir əzab yetişəcəkdir.
(Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır.
Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur).
194 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
10 Səhifə