"zalım" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "zalım" üzrə 151 ayə tapıldı.
Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət və məsləhətinə əsasən) onları (göydən gələn bir) bağırtı bürüdü. Onları sel üzərindəki çör-çöp (kimi) etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!
«Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq.»
Onların qəlblərində xəstəlik (iman zəifliyi xəstəliyi) var, yoxsa (imandan sonra) şəkk-şübhəyə düşüblər? Yoxsa Allahın və Onun Peyğəmbərinin (hakimlik edən zaman) onlara zülm etmələrindən qorxurlar? (Bunların heç biri deyil,) əksinə, onlar (batini nifaqlarına görə) doğrudan da zalımdırlar.
Yaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz.»
Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım.»
Nuhun qövmünü Bizim elçilərimizi (bütün peyğəmbərlərin təkzibi ilə nəticələnən ilahi peyğəmbərliyin əsasını) təkzib etdikləri zaman suda batırdıq və onları(n hekayətini) insanlar üçün (Öz qüdrət və əzəmətimizi göstərən) bir nişanə etdik. Biz zalımlar üçün ağrılı bir əzab hazırlamışıq.
(Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini) gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver».
O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökümətinin hüdudlarından kənardır)».
Musa dedi: «Mənim Rəbbim Onun tərəfindən (insanlara) düz yola dəvət gətirən kəsi(n halını) və bu evin (gözəl) aqibətinin kimə məxsus olacağını daha yaxşı bilir. (Dünya evinin gözəl aqibəti axirət evinin xoşluğudur). Şübhəsiz, zalımlar nicat tapmazlar».
Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz (nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?! Həqiqətən, Allah zalım tayfanı doğru yola yönəltməz.
Həqiqətən, Biz Nuhu öz qövmünə (Peyğəmbər) göndərdik. Beləliklə onların arasında doqquz yüz əlli il qaldı (amma az bir qism istisna olmaqla ona iman gətirmədilər). Zalım olduqları halda tufan (su) onları yaxaladı.
Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır».
Xeyr, bu Qur’an (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir.
Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?
(Ya Peyğəmbər!) de: «Bu yer üzündə gəzin, dolanın, beləliklə baxın görün ki, sizdən öncəkilərin (tüğyan edənlərin, zalımların, sərvət toplayanların) aqibəti necə oldu?! Onların əksəriyyəti müşrik idi».
Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (Allahın şəriki hesab etdiklərinizin) nə yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər.
Öz Rəbbinin ayələri ilə öyüd – nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz mütləq günahkarlardan intiqam alanıq.
151 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
8 Səhifə