"hi" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "hi" üzrə 1548 ayə tapıldı.
Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların vəsf etdiklərindən (övladı olmaq, mələklərin Onun qızı olması, cism olması, üç hissəyə bölünmək və bu kimi sifətlərdən) pakdır!
Göylərin, yerin və onların arasında olan (hər) şeyin həqiqi sahibi və hakimi olan Allah xeyir-bərəkətli və sabitdir. Qiyamətin baş vermə zamanını O bilir və Ona tərəf qaytarılacaqsınız.
Əgər onlardan (elə) onları(n özlərini) kimin yaratdığını soruşsan «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar.) Belə isə (haqdan) necə və hara döndərilirlər (və uluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar)?
Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar.
Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü şəriət sahibi olan Allah tərəfindən nazil edilmişdir.
Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tovhid, rübubiyyət, qüdrət və hikmətindən) nişanələr vardır.
Bu (Qur’an) başdan-ayağa hidayətdir. Rəbblərinin ayələrinə küfr edən kəslər üçün çətin və ağrılı bir əzab vardır.
Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır.
İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm, Bərzəx və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın.
Həqiqətən Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik.
Bu (Qur’an və şəriət) insanların bəsirət (gözüaçıqlıq) vasitələri və (yaradılışın başlanğıc və sonuna) inananlar üçün başdan ayağa hidayət və mərhəmətdir. (Yəni onun təsiri həmin şəxslərədir.)
Allah göyləri və yeri haqq (düzgün) olaraq (uca və ağılın qəbul etdiyi bir məqsədlə) yaratdı (ki, hər bir istedad sahibi özünün layiqli kamalına çatsın) və hər bir nəfs qazandığının müqabilində (digər aləmdə) cəzalandırılsın. Onlara əsla zülm edilməyəcək və haqları kəsilməyəcəkdir.
Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?
Göylərin və yerin həqiqi malik və sahibi Allahdır (çünki onların yaradılması, qorunması və məhv edilməsi Onun əlindədir). Batilə uyanlar Qiyamətin qopacağı gün, (bəli, məhz) həmin gün ziyana uğrayacaqlar.
Bu Bizim siz(in əməlləriniz)ə qarşı haqq və doğru danışan kitabımızdır. Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük (və ya Lövhi-Məhfuzdan köçürür və sizin əməllərinizlə tutuşdururduq).
Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz və (onda siz) günahkar bir dəstə idiniz.»
Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir.
Göylərdə və yerdə böyüklük, yenilməzlik və hökmranlıq Ona məxsusdur və məğlubedilməz qüdrət və hikmət sahibi Odur (ki, yaradılışı möhkəm, idarəçiliyi sarsılmazdır).
1548 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
78 Səhifə