"Cəhənnəm" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Cəhənnəm" üzrə 200 ayə tapıldı.
Bu onların dadmalı olduqları qaynar və (yandırıcı) çirkab (cəhənnəm) su(yu)dur.
(Davamçıları cəhənnəm oduna daxil olan zaman azğınlıq alimlərinə və zülmkar başçılara belə deyiləcək:) «Bunlar (dünyada sizə tabe olan və indi) sizinlə birlikdə məcburi şəkildə oda daxil olan bir dəstədirlər.» (Onlar deyəcəklər:) «Xoşluq və rahatlıq görməsinlər! Çünki onlar da oda daxil olan və onu dadanlardır.»
Şübhəsiz, cəhənnəm əhlinin bir-biri ilə bu dava-dalaşı qəti və olasıdır.
Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam.»
Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!
Onlar üçün pis əməllər və əməllərinin cəzası zahir olacaq və onları (dünyada) istehza etdikləri şey (Qiyamətin çətinlikləri və cəhənnəmin müxtəlif əzabları) bürüyəcəkdir.
Allaha yalan yaxanların üzlərini Qiyamət günü qaralmış görəcəksən. Məgər cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?!
Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz cinsinizdən) Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»
Onlara deyilər: «Cəhənnəmin qapılarından əbədi məskunlaşmaq üçün ona daxil olun!» Pis yerdir təkəbbürlülərin yeri!
(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»
Həqiqətən küfr etmiş kəslərə (onlar bəzən Cəhənnəmdə özlərinə və bir-birlərinə qəzəblənən zaman) nida edilər ki: «Şübhəsiz, Allahın sizə olan nifrət və qəzəbi sizin özünüzə və bir-birinizə olan nifrət və qəzəbinizdən daha çoxdur. Çünki siz imana tərəf çağırılır və (buna baxmayaraq) küfr edirdiniz.»
Sizi Allah(ın əzabın)dan qoruyan bir kimsənin olmadığı halda (Cəhənnəmə tərəf getmək və ya Cəhənnəmin içindən çıxmaq qəsdi ilə onun kənarlarına qaçmaq üçün) dayandığınız yerə arxa çevirərək (hesab yerindən) üz döndərəcəyiniz bir gün(dən)! Allahın azğınlıqda boşladığı kəsi heç vaxt bir hidayət edən olmayacaqdır.
Od içində olanlar Cəhənnəmin gözətçilərinə deyərlər: «Rəbbinizi çağırın bu əzabı bizdən (heç olmasa) bir gün yüngülləşdirsin.»
Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar.»
Cəhənnəmin (günahlarınıza əsasən təyin edilmiş) qapılarından daxil olun ki, orada əbədi qalacaqsınız. Təkəbbürlülərin yeri pis yerdir.
Biz (küfr və inadkarlıqlarına görə dünyada) onlar üçün (şeytan və cinlərdən) dost və yoldaşlar təyin etdik. Onlar (həmin şeytan və cinlər) bunlara indiki və gələcək nəfsi istəklərini və keflərini gözəl göstərdilər və onlardan qabaq keçmiş cin və insan tayfalarının zümrəsində (Allahın əzəli) söz(ü və kafirlərə verdiyi Cəhənnəm vədi) onlar barəsində gerçəkləşdi. Onlar doğrudan da ziyana uğradılar.
Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
(Dünyada özünüzə) zülm etdiyiniz üçün (bu nifrət və uzaqlıq arzunuz) bu gün sizə əsla bir xeyir verməyəcəkdir. Çünki şübhəsiz, siz (Cəhənnəm) əzab(ın)da ortaqsınız (və sizin aranıza ayrılıq düşməyəcəkdir).
200 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
10 Səhifə