"CO" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "CO" üzrə 521 ayə tapıldı.
Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.
De: «Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram. Əgər kimsə ləzzət axtarmadan, yaxud (zəruri miqdardan) həddi aşmadan (onları yeməyə) məcbur olsa, həqiqətən, sənin Rəbbin çox bağışlayan və mehribandır.
Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbbin tez cəza verəndir və həqiqətən elə O, çox bağışlayan və mehribandır.
Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.
Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.
Həqiqətən sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükr edirsiniz.
«Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən».
Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir.
Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı.
Və (camaatı) hədələmək və iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq və Allahın yolunu əymək istəyi ilə (onu əymək və ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın. Həmçinin az olduğunuz və Allahın sizi çoxaltdığı zamanı xatırlayın və fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!
Beləliklə (göy gürultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzləri üstə düşmüş halda hamısının canları çıxdı.
Fironun qövmünün başçı və böyükləri (bir-birlərinə) dedilər: «Şübhəsiz, bu (kişi) çox bilikli bir sehrbazdır.
Dedi: «Siz atın.» Beləliklə elə ki, (cadugərlik alətlərini) atdılar camaatın gözlərini (sehrlə) bağladılar və onları çox qorxutdular və böyük bir sehr yaratdılar.
Onlara yaxşılıq və bolluq gələndə, «bu, bizim özümüz(ün ləyaqətimiz)dəndir deyirdilər və elə ki, onlara bir pislik və bəla gəlirdi (bunu) Musanın və yanındakıların (ayaqlarının) uğursuzluqları ilə əlaqələndirirdilər. Əsla! Onların uğursuzluqlarının (və onlara gələn hər bir şər və bəlanın) səbəbi (onların) Allahın yanında (qeyd olunmuş günahları)dır və lakin onların çoxu (bunu) bilmirdilər.
Və (fironçular tərəfindən) həmişə zəif və aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq və qərblərinin (Şam və Fələstin torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi və Fironun və onun qövmünün tikdiklərini (ev, saray və qüllələrini) və çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran və məhv etdik.
Musanın qövmü(nün çoxu) ondan, (o, Allahla vədələşdiyi yerə getdikdən) sonra öz zinət əşyalarından bir buzov – buzov səsi çıxaran bir heykəl düzəltdilər. Məgər onlar həmin heykəlin onlarla danışmadığını və onları bir yola hidayət etməməsini görmürdülər?! (Cansız bir şeyi diri və bütün varlıq aləmini bərqərar saxlayan bir şeyin yerinə qoymaqla) zalımlardan olaraq onu özlərinə tanrı götürdülər.
Və elə ki, özlərinə gəlib çox peşman oldular və doğrudan da azdıqlarını gördülər «həqiqətən əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq» dedilər.
Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada və axirətdə) Rəbblərindən bir qəzəb və dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları və tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət və xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq.
Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır. (Bu iki ayə Musanın dastanı arasında olan mötərizə cümlələridir).
521 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
27 Səhifə