"ibrahim" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ibrahim" üzrə 150 ayə tapıldı.
Beləliklə, onun (İbrahimin) qövmünün cavabı «Onu öldürün, yaxud da yandırın!» – deməkdən başqa bir şey olmadı. (Və onu oda atdılar). Amma Allah onu oddan xilas etdi, həqiqətən, bunda (bu cür xilas etmədə) iman gətirən bir tayfa üçün (Onun tovhidinə və qüdrətinə dair) nişanələr (ibrətlər) vardır.
Və (İbrahim) dedi: «Həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz (hər hansı bir məzhəb adamlarının aralarındakı dostluq kimi). Sonra – Qiyamət günü – sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuyacaqdır. Sizin qalacağınız yer oddur və sizə heç bir kömək edən olmayacaqdır».
Beləliklə (qardaşı oğlu) Lut ona iman gətirdi. Və (İbrahim) dedi: «Həqiqətən, mən (öz qövmümün arasından) Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət və hikmət sahibi».
Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır».
(İbrahim) dedi: «Lut oradadır!» Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır».
Yoxsa (Məkkə müşrikləri): (Muhəmməd) Bunu (bu kitabı) özündən uydurmuşdur»- deyirlər. (Belə deyildir) əksinə, bu səndən öncə (İbrahim (ələyhissalam)ın, yaxud İsa (ələyhissalam)ın zamanından sonra) onlara bir qorxudan (peyğəmbər) gəlməyən bir qövmü qorxutmağın üçün sənin Rəbbin tərəfindən (nazil) olan həmin haqdır və (O) sabitdir. Bəlkə doğru yola yönəlsinlər.
(Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd – peyman aldıq ki, (hamısı bir – birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)
Biz (Qur’andan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın, ya İbrahimin zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir).
(Bu kitabla) elə bir qövmü qorxudasan ki, ata – babaları (İsanın, yaxud İbrahimin zamanından bəri) qorxudulmamışlar, buna görə də (din həqiqətlərindən) qafildirlər.
Beləliklə, onun barəsində hiylə işlətmək qərarına gəldilər və Biz onları alçaltdıq. (İbrahimə də oddan nicat verdik.)
(İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.
Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»
Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal.
(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.
Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: «Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram,
Əksinə, haqq, eləcə də aşkar və aydınlıq gətirən elçi (Qur’an və Muhəmməd (s) ) yanlarına gələnə kimi bunları (Məkkə kafirlərini) və (İbrahimin tovhidini qəbul etməyən) atalarını (dünya nemətlərindən) bəhrələndirdik.
150 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
8 Səhifə