"Ad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ad" üzrə 2613 ayə tapıldı.
Biz beləcə (insanda nəfsi istək yaratmaq, şeytanı insana vəsvəsə etməkdə azad buraxmaqla) hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər qoyduq. Sənə Rəbbinin doğru yol göstərən və yardımçı olması kifayətdir.
Və (Hudun qövmü) Adı, (Salehin qövmü) Səmudu, (Şüeybin qövmü olan və ya şam ağacına ibadət edən) Rəss əhlini və bu fasilədə (onların arasında dünyaya gəlmiş) bir çox cəmiyyətləri (həlak etdik).
Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur.
«Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət və yaxud da Bərzəx əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər.
Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)
Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar. Lakin insanların çoxu haqqa kafir və nemətə nankor olmaqdan başqa (hər şeydən) boyun qaçırdı.
Buna görə də heç vaxt kafirlərə tabe olma və bundan (bu kitabdan və onun güclü məntiqindən) ilhamlanaraq onlara qarşı böyük bir cihad et (onlarla həm silahlı, həm də ideoloji mübarizə apar.)
İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri(nin suyu) dadlı və şirin, o biri isə şor və acıdır. O, onların arasında (bir-birlərinə qarışmamaları üçün Öz qüdrəti ilə) möhkəm maneə yaratmışdır. (Böyük şirin çaylar dənizə tökülür və onların şirin suyu şor suyun ortasında geniş bir ərazidə şor suya qarışmadan qalır.)
Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir.
(Müşriklər) Allahın yerinə onlara nə bir xeyir verən və nə də bir ziyan vuran şeyə (bütə) ibadət edirlər. Kafir həmişə öz Rəbbinə qarşı (Şeytana və Allahın düşmənlərinə köməkçi və) arxadır.
Göyləri, yeri və onların arasında olanları altı gündə (altı gündüzdə, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaradan, sonra yaradılmışlar üzərində hakimiyyət taxtında qərar tutan(ın)! (O,) Rəhman (olan Allah)dır. Buna görə də (həqiqəti hər şeydən) xəbərdar olan Ondan (Allahdan) soruş.
Onlara «Rəhman (olan Allah)a səcdə edin» deyilən zaman (məsxərə edərək) deyərlər: «Rəhman nədir? (Tanımadan) sənin əmr etdiyinə səcdə edək?!» Və (sənin sözün) onların nifrət və uzaqlığını artırır.
Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir.
(Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükr etmək istəyən şəxs üçün gecə və gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükr etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)
. Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir.
Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!
(Bu qədər israrla təkzib etdikləri halda) məgər yer üzünə baxıb orada nə qədər növbənöv könül oxşayan (bitkilər və ağaclar) bitirdiyimizi görmədilərmi?
2613 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
131 Səhifə