(Onun üzünü Lövhi – Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.
Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman
O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.
Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab – kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.