Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. nların əksəriyyəti haqqa iman gətirən deyildi.
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar.
Ta, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və belə mütəşabih ayələri vardır. And olsun Turi-sinaya və Süleymana ki, bu surə Qur’anın, aşkar və aydınlıq gətirən kitabın ayələridir).
Musa alovun yanına çatdıqda belə bir nida gəldi: «Alovun içində olan (qüdrət və cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir.»