"y" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "y" üzrə 5697 ayə tapıldı.
Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) h onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa a (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)? Zülm edənlər öz keflərini və eyş-işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər. (Buna görə də tarix boyu bəşəriyyətin əksəriyyətinin yoldan çıxması təəccüblü və təəssüf doğurandır).
Və sənin Rəbbin heç vaxt şəhər və kəndləri onların əhalisi əməlisaleh və islah edən olduqları halda zülmlə həlak etmək niyyətində olmayıb.
Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər.
Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur.
Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.
İman gətirməyənlərə de: «Özünüzün (həmin bu) durumunuzla bacardığınızı edin ki, həqiqətən biz də (öz vəzifələrimizə) əməl edirik.»
«Və (küfr və azğınlığınızın nəticəsini) gözləyin ki, həqiqətən biz də gözləyirik.»
ylərin və yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində) bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir.
Əlif, Lam, Ra. (Mən bütün şeyləri görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, lakin eyni zamanda möcüzədir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Muhəmməd d səlləllahu əleyhi və alihi və səlləm arasında rəmzlərdir.) Bu (uca məqamlı) surə (və ayələr, bəşər cəmiyyəti üçün) aydın Qur’anın ayələri və (Allah dərgahına yaxın olan uca məqamlılar üçün) aşkar (olan Lövhi-Məhfuzda) yazılmış ayələrdir.
Həqiqətən Biz onu ərəbcə bir Qur’an (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz.
Biz bu Qur’anı sənə vəhy etməklə, ən gözəl əhvalatı ən gözəl hekayə etmək üslubu ilə sənə oxuyuruq və həqiqətən sən bundan öncə (bu əhvalatdan) xəbərsizlərdən idin.
(Xatırla) o zaman(ı) ki, Yusuf öz atasına (Yəquba) dedi: «Atacan, həqiqətən mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm; onları mənə səcdə edən gördüm.»
Dedi: «Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən Şeytan insanın açıq-aydın düşmənidir.»
«Və beləcə (bu yuxuda seçildiyin kimi) Rəbbin səni (gələcəkdə) seçəcək və yuxuların və (səmavi kitablarda, peyğəmbərlərin sözlərində gəlmiş) hədislərin yozumunu sənə öyrədəcək və səndən öncə ataların İbrahimə və İshaqa tamamladığı kimi sənə və Yəqub ailəsinə (də) nemətini tamamlayacaqdır. Həqiqətən, Rəbbin bilən və hikmət sahibidir.
Həqiqətən Yusufda (onun özündə ruhunun əzəməti, insani keyfiyyətlərinin kamilliyi və peyğəmbərlik məqamı baxımından) və qardaşlarında (onunla qardaşlarının başına gələnlərdə) soruşanlar üçün (ibrət və hidayət) nişanələr(i) vardır.
O zaman (bir-birlərinə) dedilər: «Yusuf və (onunla bir anadan olan) qardaşı (Binyamin) atamızın yanında bizdən daha sevimlidir, halbuki, biz güclü (atamızın evini və mallarını qoruyan və onun işlərini idarə edən) bir dəstəyik. Doğrudan da bizim atamız (yaşayış tərzi və övladları ilə rəftar baxımından) açıq-aşkar bir azğınlıq içərisindədir (ləyaqəti az olanı ləyaqəti çox olandan üstün tutur)!»
«Yusufu öldürün, ya onu (naməlum) bir yerə atın ki, atanızın diqqəti yalnız sizə yönəlsin və ondan sonra (tövbə etməklə atanızın və Allahın yanında) saleh bir dəstə olun.»
Onlardan biri (qardaşların ən böyüyü və ağıllısı) dedi: «Yusufu öldürməyin və əgər (doğrudan da) bir iş görənsinizsə, onu quyunun dibinə atın ki, karvanlardan hansısa onu götürsün (və bu məntəqədən çıxarıb aparsın)». (Onlar elə bu qərara da gəldilər.)
(Sonra atalarının yanına gəlib) dedilər: «Ey atamız, sənə nə olub ki, Yusufu (saxlamağı) bizə etibar etmirsən? Halbuki, şübhəsiz, biz onun xeyrini istəyənlərik.
Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq.»
5697 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
285 Səhifə