"UCa" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "UCa" üzrə 247 ayə tapıldı.
Onlar sizə qarşı xəsisdirlər (sizə kömək etməkdən və sizin məqsədiniz uğrunda mal sərf etməkdən çəkinərlər) və elə ki, hər hansı bir qorxu üz verər, onların ölüm halında bihuş olmuş (bayılmış) adam kimi (qorxudan) gözlərinin hədəqəsində dolanaraq sənə tərəf baxdıqlarını görərsən. Elə ki, qorxu aradan gedər, sizi acı və iti dilləri ilə sancarlar. Onlar (qələbə nəticəsində qənimətdən sizə yetişən) xeyirə xəsisdirlər. Onlar (həqiqətdə) iman gətirməmişlər. Buna görə də Allah onların bütün (yaxşı) əməllərini puça çıxartmışdır. Bu, (iş) Allah üçün asandır.
Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq şərtilə səninlə qonşu ola bilməzlər.
«Ey Rəbbimiz, onlara əzabın iki qatını ver (öz günahlarının əzabını və bizi yoldan çıxartdıqlarına görə bizim günahlarımızın əzabını) və onlara böyük bir lənət düçar et».
Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi.
(Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir. (Və günahkarlar o gün vəhşət içərisində olacaqlar). Nəhayət (izn verilərkən) onların qəlblərindən qorxu və vəhşət getdikdə (şəfaət edənlərə) deyərlər: «Rəbbiniz nə dedi?» Deyərlər: «Haqq (olan bir kəlam dedi və şəfaətə izn verdi), və O (hər şeydən) uca və böyükdür».
Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.
Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.
Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.
Beləliklə elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)
Ondan, sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
Biz bunu (Davudun ittiham olunan tərəfdən bir şey soruşmadan iddia irəli sürülən kimi hökm çıxararaq daha düzgün üsulu tərk etməsini və ya mələklərin qurma mühakiməsində hökm çıxararkən səhvə düçar olmasını) ona bağışladıq. Əlbəttə, Bizim yanımızda onun üçün (dünyada olduğu müddətdə) yaxınlıq məqamı və (axirətdə) qayıdışın gözəlliyi və gözəl qayıdış yeri vardır.
Və Bizim bəndəmiz Əyyubu, onun öz Rəbbini çağırıb «şeytan məni (cismimə zərər vurmaq, mal və övladlarımı məhv etmək kimi) çətinlik və əzaba düçar etmişdir» dediyi zamanı (yada sal)!
Həqiqətən bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et.
Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyrinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!
Bu (əzablar) ona görədir ki, Allah tək çağırılan zaman siz (Onun birliyinə) küfr edirdiniz və ona şərik qoşulanda (həmin şeyə) iman gətirirdiniz. Buna görə də hakimlik uca məqamlı və böyük Allaha məxsusdur.
O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun.
«Nuhun qövmünün, Ad və Səmud (qövmlərinin) və onlardan sonrakıların barəsində istifadə edilmiş üsulun (gözlənilmədən kütləvi şəkildə məhvə düçar etməyin) bənzərindən! Allah heç vaxt bəndələrinə zülm etmək istəmir.»
247 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
13 Səhifə