"hikmət" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "hikmət" üzrə 161 ayə tapıldı.
Həqiqətən Biz İsrail övladlarına kitab (Tövrat, İncil, Zəbur və səhifələri), hökm (hikmət, hökm çıxarmaq və hakimiyyət) və peyğəmbərlik verdik, onlara (bildirçin əti, qüvvət halvası və göydən göndərilmiş süfrə kimi) pak şeylərdən ruzi verdik və onları (zəmanələrində olan) aləmdəkilərdən üstün etdik.
Göylərdə və yerdə böyüklük, yenilməzlik və hökmranlıq Ona məxsusdur və məğlubedilməz qüdrət və hikmət sahibi Odur (ki, yaradılışı möhkəm, idarəçiliyi sarsılmazdır).
Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir.
Göylərin və yerin (müxtəlif) orduları Allaha məxsusdur. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.
Həmçinin (Xeybərin fəthində) götürəcəkləri çoxlu qənimətləri (mükafat verdi). Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.
Həqiqətən Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki: Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu.
Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
(Bu Qur'an) tam və dolğun hikmətli kəlamdır. Lakin qorxutmaların onlara (müşriklərə) bir faydası yoxdur.
Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)
O (hər bir şeyi təqdir və ölçü əsasında) yaradan, (bir-birindən fərqli, lakin yaradılışının kamilliyi baxımından isə bir-birinin eyni olan varlıqları) yoxdan var edən, (hər bir şeyə müxtəlif şəkillərdə) surətlər bəxş edən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olan hər bir şey (dillə və hal ilə) Onu zikr edirlər. O qüdrət və hikmət sahibidir.
«Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət və hikmət sahibisən».
Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman baxımından) imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara halaldırlar və nə onlar bunlara halaldırlar. Və (ərlərinin mehriyyədən) onlara xərclədiklərini özlərinə qaytarın. Ücrətlərini (mehriyyələrini) ödədiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. (Kafirlərə qoşulan) kafir qadınlar(ınız)la olan əqdlərə və əhd-peymanlara əsaslanmayın (onlar batil olmuşdur) və (mehriyyədən) xərclədiklərinizi onlardan tələb edin və onlar da xərclədiklərini sizdən tələb etsinlər. Bu, sizin aranızda hökm edən Allahın hökmüdür. Allah biləndir və hikmətlidir.
Və onu (bəşərin nəsli kəsilənədək) onlardan olan lakin hələ onlara qoşulmamış digər cəmiyyətlər üçün də (seçdi). O, (istədiyi şeydə) yenilməz qüdrət sahibi və (əbədi qalan dinin qanunlarının çıxarılmasında) hikmət sahibidir.
Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz kəffarə verəsiniz). Allah (dini və dünyəvi cəhətdən həmişə) sizin mövlanızdır (haminizdir) və O (hər şeyi) biləndir və hikmət sahibidir.
Yeddi göyü təbəqələrlə (bir – birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?
Allah istəməsə siz əsla istəyə bilməzsiniz (çünki sizin ixtiyar üzündən olan iradəniz də ixtiyari əməliniz kimi, Allahın yaradılış iradəsinə bağlıdır). Həqiqətən, Allah (hər şeyi) biləndir və hikmət sahibidir!
O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.
161 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
9 Səhifə