"đư" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "đư" üzrə 2863 ayə tapıldı.
Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.
Ta, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və belə mütəşabih ayələri vardır. And olsun Turi-sinaya və Süleymana ki, bu surə Qur’anın, aşkar və aydınlıq gətirən kitabın ayələridir).
(Yada sal) o zaman(ı) ki, Musa öz ailəsinə demişdi: «Mən bir od hiss etdim (uzaqdan gördüm), tezliklə sizə ondan bir xəbər, yaxud (ondan) qoparılmış bir köz gətirərəm ki, bəlkə qızınasınız.»
«Əsanı at! (Musa əsasını yerə atdı.) Onun – iti sürünən ilan kimi sürətlə hərəkət etdiyini gördükdə, arxaya döndü və (elə getdi ki,) heç arxasına belə baxmadı. (Səs gəldi:) «Ya Musa, qorxma! Həqiqətən, peyğəmbərlərim Mənim yanımda qorxmazlar».
«Əlini qoynuna qoy ki, doqquz möcüzənin biri kimi parıldayan, eyibsiz-qüsursuz çıxsın. (Beləliklə) Firon və onun qövmünə sarı (yollan). Həqiqətən, onlar fasiq və itaətsiz bir qövmdürlər».
Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə fəsad törədənlərin aqibəti necə oldu !
Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!».
Nəhayət, (onlar) «Vadin-nəmlə» (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: «Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!».
Süleyman onun sözünə gülümsəyib (onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükr edərək) dedi: «Ey Rəbbim, mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver) və məni Öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et».
Sonra Süleyman (qoşunundakı) quşları yoxlayıb dedi: «Mənə nə olub ki, Hüd-hüdü görmürəm. Yoxsa o burada deyildir?»
«Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır».
«Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».
«Allahdan başqa heç bir tanrı yoxdur və O, böyük (əzəmətli) ərşin sahibidir (varlıq aləmi üzərində həqiqi və geniş hakimiyyəti vardır)».
Dedilər: «Bizim (böyük) gücümüz (qoşunumuz və sursatımız) vardır, şücaət sahibiyik, yüksək hərbi imkana malikik. Əmr sənindir. Odur ki, bax gör nə əmr edirsən».
Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz».
2863 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
144 Səhifə