"m" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "m" üzrə 5960 ayə tapıldı.
Dedilər: «Şahın ölçü qabını itirmişik. Onu gətirənə bir dəvə yükü (mükafat, yaxud zəhmət haqqı) veriləcəkdir və buna (mən carçı) özüm zaminəm».
(Yusufun qardaşları) dedilər: «Allaha and olsun, siz (özünüz) yaxşı bilirsiniz ki, biz yer üzündə fəsad törətməyə gəlməmişik və biz heç vaxt oğru olmamışıq».
Qardaşlar dedilər: «Onun cəzası budur ki: Su qabı kimin yükünün içindən tapılsa, o özü onun cəzasıdır (oğru bir müddət mal sahibinin ixtiyarında qalır). Biz (oğurluq etməklə) zülm edənləri belə cəzalandırırıq».
Beləliklə, Yusuf axtarışa qardaşının qabından qabaq onların azuqə qablarından başladı, sonra piyaləni qardaşının qabından çıxartdı. Biz Yusuf üçün belə çarə qıldıq. Çünki şahın adət və qanununa görə onun, öz qardaşını Allahın (qanunun dəyişdirilməsi və ya yuxarıdakı yolun həyata keçirilməsi) istəyi istisna olmaqla tutub saxlaması düzgün deyildi. Biz istədiyimiz hər bir kəsi dərəcələrlə yüksəldirik. Hər bir elm sahibindən üstün daha bir bilikli vardır.
(Qardaşlar) dedilər: «Əgər o oğurluq edibsə (bu, təccüblü deyil), keçmişdə onun bir qardaşı da oğurluq etmişdi». Belə olan halda Yusuf həmin sözü öz qəlbində gizlətdi və onlara bildirmədi (və öz-özlüyündə) dedi: «Siz səviyyəcə (insanlıq səviyyəsi baxımından) daha pissiniz (ki, əxlaqi tənəzzül və həsəd sifətiniz vardır). Allah sizin dediyiniz şeyi daha yaxşı bilir.»
Dedilər: «Ey Əziz, həqiqətən onun çox qoca və yaşı ötmüş bir atası vardır. Buna görə də onun yerinə bizim birimizi götür. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük».
Dedi: «Allah eləməsin ki, malımızı tapdığımız şəxsdən qeyrisini tutaq. Əks halda biz mütləq zalım olarıq».
Beləliklə, ondan (Yusufun onların təklifini qəbul etməsindən və qardaşlarının nicat tapmasından) naümid olduqdan sonra, pıçıldaşaraq bir kənara çəkildilər. Böyükləri dedi: «Məgər atanızın (Binyamin barəsində) sizdən möhkəm ilahi bir peyman almasını və keçmişdə də Yusuf barəsində nə nöqsanlara yol verdiyinizi bilmirsiniz?! Buna görə də, (şəxsən) mən atam mənə icazə verənə və ya Allah mənim barəmdə hökm çıxarana qədər bu diyardan əsla çıxmayacağam. O, hökm edənlərin ən yaxşısıdır».
«Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq edəcəyini bilsəydik özümüzlə aparmazdıq. Həmçinin onu qul kimi götürəcəklərini bilsəydik həmin hökmü bəyan etməzdik)».
«Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən biz doğruçuyuq».
(Yəqub) dedi: «Əksinə, (siz də günahkarsınız,) nəfsiniz işi sizin üçün nahaq olaraq cilvələndirmişdir (ki, onlara bizim dinimizdə oğrunun kölə edilməsi xəbərini vermiş, beləliklə də Binyamini əsir etmisiniz). Odur ki, gözəl bir səbr etməm gərəkdir. Ümid var ki, Allah onların hamısını (Misirdə olan o iki nəfəri və Yusufu) mənə qaytarsın. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi Odur»!
Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu.
(Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan.»
Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm
«Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».
Beləliklə, (növbəti dəfə ərzaq almaq və qardaşlarını xilas etmək məqsədilə Misirə gedib) onun (Yusufun) hüzuruna daxil olanda dedilər: «Ey Əziz, bizə və ailəmizə çətinlik və sıxıntı üz verib və biz azacıq bir sərmayə gətirmişik. Buna görə də bizə kamil ölçü (ilə ərzaq) ver və bizə sədəqə ver ki, həqiqətən Allah sədəqə verənləri mükafatlandırır».
Dedi: «Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!»
Dedilər: «Yoxsa doğrudan sən özün Yusufsan?!» Dedi: «(Bəli,) mən Yusufəm və bu da mənim qardaşımdır. Həqiqətən Allah bizim boynumuza haqq qoydu (bizi zillətdən izzətə, ayrılıqdan vüsala və nadanlıqdan elmə çatdırdı). Çünki, kim təqvalı olsa və səbr etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz».
Dedilər: «Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir və biz doğrudan da səhv etmişik».
5960 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
298 Səhifə