"Əl-" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-" üzrə 2942 ayə tapıldı.
Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar.
Qoy onlar verdiklərimizə (nicat nemətinə) nankorluq etsinlər və (dünya ləzzətlərindən) bəhrələnsinlər, (əməllərinin nəticələrini) tezliklə biləcəklər.
Məgər görmədilərmi ki, Biz (dünya əhalisinə) əmin-amanlıq olan bir hərəm (yer) etdik, halbuki (əmin-amanlığın olmaması üzündən) onların ətrafında insanlar oğurlanırdı? Belə isə, (indi) məgər batiləmi iman gətirirlər, Allahın nemətinimi (din və kitabı) inkar edirlər?!
Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?
Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir.
Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir.
Sənə Rəbbin tərəfindən vəhy olunana tabe ol (və müşriklərin saziş bağlamaq təklifinə əhəmiyyət vermə), həqiqətən, Allah daim etdiklərinizdən xəbərdardır!
Allaha təvəkkül et və Allah (bəndələrinin işlərində) vəkil olmaqda və işləri düzüb – qoşmaqda kifayət edər.
Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki, beynində iki bir – birinə zidd etiqad) yaratmamışdır; «zihar» etdiyiniz (analarınıza oxşatmaqla özünüzə haram etdiyiniz) qadınlarınızı (zövcələrinizi) sizə (həqiqi) ana etməmişdir; oğulluğa götürdüklərinizi də sizə (həqiqi) oğul etməmişdir, bunlar (qadınlarınızı haram etməyiniz və özünüzə oğul seçməyiniz) sizin dilinizlə dediyiniz (boş) sözdür. Allah haqq söyləyir və O, bəndələrini (doğru) yola gətirir.
Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər atalarının kim olduğunu bilməsəniz onlar sizin din qardaşlarınız və dostlarınızdır (deyin: bu, mənim din qardaşım, yaxud dostumdur). Əgər bir yerdə – (aid etməkdə) – səhv etsəniz, sizə günah yoxdur. Lakin (günah) qəlblərinizlə, qəsdən (bilərəkdən onları başqasına aid) etmənizdir və Allah həmişə bağışlayan və rəhimlidir.
Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması baxımından) onların (möminlərin) anaları (hökmündə)dir. Qohumlar (vərəsəlik məsələsində) bir-birlərinə Allahın kitabında (Lövhi-Məhfuzda, ya Qur’anda) möminlərdən və mühacirlərdən daha layiqdirlər, amma əgər (varis olmayanlara) öz dostlarınıza (mal vəsiyyət etməklə) yaxşılıq etmək istəsəniz bu istisnadır. Bu, (hökm, qədim zamanlardan bəri) kitabda (Lövhi – Məhfuzda, yaxud Qur’anda) yazılmışdır.
(Ya Peyğəmbər!) (yada sal) o zamanı ki, Biz bütün peyğəmbərlərdən (peyğəmbərlik əta edərkən) xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan xüsusi əhd-peyman aldıq (bu peyğəmbərlər müstəqil kitab və şəriət sahibi idilər və başqa peyğəmbərlər şəriəti onlardan alırdı) onlardan möhkəm bir əhd – peyman aldıq ki, (hamısı bir – birini təsdiq edib insanları bir başlanğıca və bir dinə sarı dəvət etsinlər)
(Allah bununla ümmətlərin) doğru danışanlarından (cəza günü mükafat vermək üçün) doğruluqlarını xəbər alsın. O, kafirlər üçün ağrılı bir əzab hazırlamışdır.
Ey iman gətirənlər, (Əhzab döyüşündə müxtəlif ərəb qəbilələrindən olan çoxlu) qoşunlar sizə üz tutduqları zaman Allahın sizə olan nemətini yada salın! Biz onların üzərinə (soyuq və güclü) külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşunlar göndərdik. Hər zaman Allah etdiklərinizi görəndir.
O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun şiddətindən bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz.
Və (yada sal) o zaman(ı) ki, münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi) olanlar deyirdilər: «Allah və Rəsulu bizə aldadıcı vəddən başqa bir şey verməmişdir».
Və (yada sal), o zaman onlardan bir dəstə dedi: «Ey Mədinə əhli, (bu meydan) sizin qalmaq yeriniz deyildir odur ki, (öz şəhərinizə) qayıdın» (yoxsa hamınız öldürüləcəksiniz). Bir dəstə isə: «Bizim evlərimiz qoruyucusuzdur» deyib Peyğəmbərdən qayıtmaq izni istəyirdilər, halbuki (evləri) qoruyucusuz deyildi, onlar ancaq (cihaddan) qaçmaq istəyirdilər.
Və əgər «əhzab» (dəstələr) Mədinənin ətrafından (töklüşüb) onların evlərində, başlarının üstünü alıb onlardan dinlərindən əl çəkmələrini istəsəydilər, mütləq bunu qəbul edərdilər və yalnız azca ləngiyərdilər.
Halbuki, onlar bundan öncə (İslamı qəbul etdikləri andan döyüşdə düşmənə) arxa çevirməyəcəkləri haqda Allahla əhd-peyman bağlamışdılar. Allahın əhd-peymanı barədə mütləq sorğu-sual olunar.
2942 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
148 Səhifə