Əs-Saffat surəsi - Ayə 108 #37:108 Ondan, sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
Əs-Saffat surəsi - Ayə 112 #37:112 Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə müjdələdik.
Əs-Saffat surəsi - Ayə 113 #37:113 Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.
Əs-Saffat surəsi - Ayə 119 #37:119 Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
Əs-Saffat surəsi - Ayə 125 #37:125 (İbadət etmək və hacət diləmək üçün) «Bə’l»i (bu adda olan bütü) çağırır və yaradanların ən yaxşısını tərk edirsiniz?
Əs-Saffat surəsi - Ayə 129 #37:129 Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq.
Əs-Saffat surəsi - Ayə 134 #37:134 (Yada sal) o zaman(ı) ki, Biz ona və bütün ailəsinə nicat verdik.
Əs-Saffat surəsi - Ayə 140 #37:140 (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).
Əs-Saffat surəsi - Ayə 141 #37:141 Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
Əs-Saffat surəsi - Ayə 142 #37:142 O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.
Əs-Saffat surəsi - Ayə 150 #37:150 Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»
Əs-Saffat surəsi - Ayə 153 #37:153 (Hətta övlad götürməsini fərz etsək belə) məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!
Əs-Saffat surəsi - Ayə 159 #37:159 Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.
Əs-Saffat surəsi - Ayə 160 #37:160 Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.
Əs-Saffat surəsi - Ayə 161 #37:161 Həqiqətən siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar)