"Z" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Z" üzrə 5453 ayə tapıldı.
Sonra sənə vəhy etdik ki, İbrahimin ayininə (onun tovhidi qəbul etmək yoluna və şirklə mübarizə üsuluna və onun dininin əsaslarına və şəriətinin qollarının ana xəttinə) tabe ol. Çünki o, haqqa yönələn idi və müşriklərdən deyildi.
Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır.
(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.
Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.
(Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.
Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır).
Biz Musaya kitab (Tövrat və səhifələr) verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, (onlara) «Məndən başqa heç kəsi (dünya və axirət işlərinizin) vəkil və idarə edən(i) tutmayın» (desinlər).
(İsrail övladları) Nuhla birlikdə (gəmiyə) mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi.
Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.
Beləliklə, o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar (sizi öldürmək üçün hətta) evlərin içini axtararlar (ki, heç kimi diri qoymasınlar). Bu, baş verəcək qəti bir vəddir.
Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik).
(İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik.
İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).
Biz, gecə ilə gündüzü (Öz tovhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik. Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik.
Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.
(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.»
Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.
5453 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
273 Səhifə