"Hörmət" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Hörmət" üzrə 15 ayə tapıldı.
Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin. Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın.) Allah eşidən və biləndir.
Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.
Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm) aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır.
Onu almış misirli şəxs öz zövcəsinə dedi: «Onunla hörmətlə davran, bəlkə bizə bir xeyir verdi, ya onu övladlığa götürdük.» Və beləcə Biz Yusufa həmin diyarda imkan və məqam verdik. (Əlbəttə, hikmətlər və məsləhətlər əsasında belə etdik) və (həm də) ona görə ki, ona hədislərin yozumunu (mələklərin danışığı olan yuxuların yozumunu və peyğəmbərlərin hədislərinin mənalarını) öyrədək. Allah (varlıq aləminin idarə olunmasında) Öz işinə qalibdir və lakin insanların çoxu bilmirlər.
Dedilər: «Bizim tanrılarımıza qarşı bunu (bu böyük hörmətsizliyi) kim edib? Şübhəsiz, o, zalımlardandır.»
Dedi: «(Xeyr,) əksinə, onu (bu hörmətsizliyi) bu böyükləri edib. Buna görə də əgər danışırlarsa, özlərindən soruşun.»
Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.
(Hüd-hüd məktubu Səba mələkəsinə atdıqda, mələkə) dedi: «Ey əyanlar və böyüklər, mənim üçün çox dəyərli və hörmətli bir məktub atılmışdır».
(Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.
Ey iman gətirənlər! (Söhbət zamanı ədəbə riayət və peyğəmbərin məqamına hörmət olaraq)səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın. Məbada özünüz də bilmədən əməlləriniz (ucadan danışmadığınız təqdirdə savab ola bilən həmin danışığınızın savabı və yaxud digər əməllərinizin də savabı) puç olsun. (Çünki peyğəmbəri incitmək əməllərin mükafatının puç olmasına səbəb olan amillərdəndir.)
(Ya Peyğəmbər!) Səni otaqlarının arxasından çağıranların çoxu (sənin hörmətini saxlamadıqlarını) başa düşmürlər.
Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır.
Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).
15 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
1 Səhifə