Əsas məzmuna keç

Ali-İmran surəsi - 11-cü Ayə

Surə 3
Ayə 11

Azərbaycan dilində tərcümə

(Onların adəti) fironçuların və onlardan qabaqkıların adəti kimi(dir) ki, Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və Allah da onları günahlarına görə cəzalandırdı. Allah şiddətli cəzalandırandır.
Ali-İmran surəsi , 11-cü ayə
Ali-İmran surəsi 11-cü ayə
Tam Surə

Ali-İmran surəsi 11-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 11

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Kafirlərin qaydası) fironçuların və onlardan əvvəlkilərin qaydası kimidir. Ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın cəzası ağırdır.”
Bildirişlər
1. Məsələ külli şəkildə bəyan olduqdan sonra nümunələr göstərmək lazımdır.
2. Maddi güclərə, mal və övlada arxalanmaq Firon qaydasıdır.
3. Tarix və keçmişdəkilərin təcrübəsi ən üstün dərsdir.
Həmin dövrün zorakı qəhrəmanları olan Firon və Firon ailəsi Allahın qəhr və qəzəbi qarşısında bir an dayana bilmədilər. Öz cüzi mal və gücünüzə arxalanmayın.
4. Bəzən zalım hakimlərin ətrafındakılar onların özlərindən daha çox rol oynayırlar.
5. Günah pisdir. Amma günaha adət və günah ruhiyyəsi daha pisdir.
6. Oxşar xasiyyət, qayda, əməl və günahların cəza və mükafatı da oxşardır.
7. Ümmətlərin həlak olması səbəbi onların günahları olmuşdur.
8. Günah ruhiyyə və adətə çevrildikdə Allahın cəzası ağırlaşır.