Əsas məzmuna keç

Ali-İmran surəsi - 12-cü Ayə

Surə 3
Ayə 12

Azərbaycan dilində tərcümə

Kafirlərə de: «Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız». Ora qalmaq üçün çox pis yerdir.
Ali-İmran surəsi , 12-cü ayə
Ali-İmran surəsi 12-cü ayə
Tam Surə

Ali-İmran surəsi 12-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 12

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Kafir olanlara de ki, tezliklə məğlub olar və cəhənnəmə doğru sürüklənərlər. Necə də pis yerdir!”
Nöqtələr
"Məcməul-bəyan”, "Kəbir”, "Məraği” təfsirlərində deyilir: Müsəlmanlar hicri ikinci il Bədr savaşında qalib gəldikləri vaxt yəhudilərdən bir dəstəsi dedi: "Bu qələbə Məhəmmədin haqq olması nişanəsidir. Çünki Tövratda deyilmişdir: "O düşmənlərinə qalib gələr.” Yəhudilərin digər bir dəstəsi isə belə dedi: "Tələsməyin, bəlkə o biri döyüşlərdə məğlub oldu.” Hicri üçüncü ildə müsəlmanlar Ühüd savaşında məğlub olduqları vaxt həmin yəhudilər xoşhal oldular.
Ayə nazil oldu ki, tələsik mühakimə yürütməyin. Yaxın gələcəkdə məğlub olarsınız. Çox çəkmədi ki, müsəlmanlar Mədinənin Bəni-Qürəyzə və Bəni-Nəzir yəhudilərini məğlub etdilər. Məkkənin fəthində isə müşriklər məğlub oldular.
Bildirişlər
1. Möminlərə təsəlli, kafirlərin hədələnməsi düzgün rəhbərlik və məqsədə inam nişanəsidir.
2. Quranın möcüzələrindən biri onun gələcək haqqındakı dəqiq xəbərləridir.
3. Xalq qalibdir və küfr məğlubiyyətə məhkumdur.
4. Düşmənin şayiələri və təbliğatları ilə mübarizə aparın.
5. Cəhənnəmlə sonuclanan məğlubiyyətlərdən qorxun. Adi halda hər bir döyüşdə məğlubiyyət ola bilər.