Əsas məzmuna keç

Ali-İmran surəsi - 142-ci Ayə

Surə 3
Ayə 142

Azərbaycan dilində tərcümə

Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!
Ali-İmran surəsi , 142-ci ayə
Ali-İmran surəsi 142-ci ayə
Tam Surə

Ali-İmran surəsi 142-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 142

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yoxsa güman edirsiniz ki, Allah aranızdakı mücahidləri və səbir edənləri müəyyənləşdirməmiş ("imanlıyam” deməklə) behiştə daxil olacaqsınız?!”
Nöqtələr
Ayədə möminlərin cihadına, səbir və müqavimətinə işarə olunur. Çünki behiştin yolu səbir və cihaddan keçir. Quran buyurur: "Səbir və müqavimətinizə görə sizə salam olsun, ey behişt əhli!”("Rəd”, 24. ) Göründüyü kimi, salam yalnız hacılara, oruc tutanlara, xums və zəkat ödəyənlərə yox, səbir və dözüm əhlinə verilir ki, bütün əməllərdə səbrə ehtiyac vardır.
Bildirişlər
1. Batil ümid və arzulardan əl çəkin.
2. Təkcə qəlb imanı kifayət deyil, əməl meydanında da çalışmaq lazımdır. Behişt bəhanəyə yox, bahasını ödəyənə verilir.
3. Behiştin açarı səbir və cihaddır. Müsibət və günah qarşısındakı səbir, ibadətdəki dözüm, kiçik və böyük cihad cəbhələrində iştirak behiştin açarlarıdır.
4. Səbir və müqavimətlə yanaşı, cihad da lazımdır. Çünki döyüşün başlanması, davamı, müharibədən sonrakı ağrılar, bir sözlə, hər bir addım səbir və dözümə ehtiyaclıdır.