NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 143
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, siz ölümü (və şəhadəti) onunla üzləşməzdən qabaq (Bədr döyüşündən sonra) çox arzulayırdınız. Sonra onu (Ühüd döyüşündə) gördünüz, amma (narazılıqla) baxdınız.”
Nöqtələr
Bu ayənin nazil olma şəni haqqında deyilir: Bədr döyüşündə bəziləri şəhid oldu və müsəlmanlar qalib gəldilər. Döyüşdən sağ çıxanlardan bəziləri dedilər: "Kaş ki, biz də Bədr döyüşündə Allah yolunda şəhadətə çataydıq.” Amma həmin adamlar növbəti ildə - Ühüd döyüşündə baş götürüb qaçdılar. Bu ayədə həmin adamlar məzəmmət olunur.
Kərbəla şəhidlərinin ziyarətində deyirik: "Kaş ki, biz də sizinlə olaydıq və şəhadətə çataydıq.” Əgər belə bir fürsət verilsəydi, nə edərdik? Bu barədə düşünmüşükmü?
Bildirişlər
1. Arzularınız sizi aldatmasın və hər şüara, hər şüar verənə inanmayın.
2. İnsanlar əməl meydanında sınaqdan çıxır.