Əsas məzmuna keç

Ali-İmran surəsi - 53-cü Ayə

Surə 3
Ayə 53

Azərbaycan dilində tərcümə

«Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz».
Ali-İmran surəsi , 53-cü ayə
Ali-İmran surəsi 53-cü ayə
Tam Surə

Ali-İmran surəsi 53-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 53

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Pərvərdigara! Nazil etdiyinə iman gətirmişik və peyğəmbərə itaət edirik. Bizi şahidlər zümrəsində yaz.”
Nöqtələr
Ərəbcə "minəş-şahidin” sözündə yox, "məəş-şahidin” sözündə «himayə» mənası var. Əvvəlki ayədə həzrət İsa şahid kimi tanıtdırıldı. Demək, şahidlərlə olmaq, peyğəmbərlərlə olmaqdır.
Bildirişlər
1. Peyğəmbərə itaət iman şərtidir.
2. Bütün ilahi göstərişlərə iman lazımdır.
3. Allahdan diləyək ki, imanımızı sabit qərar verib, bizi peyğəmbər himayəçilərindən buyursun.