Əsas məzmuna keç

Ali-İmran surəsi - 57-ci Ayə

Surə 3
Ayə 57

Azərbaycan dilində tərcümə

«İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir.»
Ali-İmran surəsi , 57-ci ayə
Ali-İmran surəsi 57-ci ayə
Tam Surə

Ali-İmran surəsi 57-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 57

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Amma iman gətirib, saleh iş görənlərin mükafatını kamil şəkildə verəcəyəm. Allah zalımları sevməz.”
Nöqtələr
"Ətyəbul-bəyan” təfsirində Bəni-İsrailin dünya əzabı haqqında deyilir: Həzrət İsadan otuz yeddi il sonra rum qeysərlərindən olan Teytus adlı bir şəxs yəhudilərə qalib gəldi. Milyonlarla yəhudi öldürüldü, minlərlə əsir götürüldü. Onun göstərişi ilə yəhudilərin mal-mülkü yandırıldı, qarət edildi, əsirlər isə yırtıcı heyvanlara atıldı.
Kafirləri hədələməklə yanaşı, iman əhlini təşviq etmək lazımdır. Çünki imanla birlikdə saleh işlərin yerinə yetirilməsi də zəruridir.
Bildirişlər
1. Kafirlərin hesabı Allahın öhdəsinədir.
2. Höccət daha çox tamamlandıqca, haqqın dəlilləri daha çox bəyan edildikcə Allahın inkar edənlərə qarşı qəhr və qəzəbi də çox olacaq. İsanın ölünü diriltdiyini görmüş iman gətirməyənlər hər cür əzaba layiqdirlər.
3. Bəzən Allah bu dünyada da cəza verir.
4. Allahın qəhr və qəzəbi qarşısında heç bir güc dayana bilməz.