Əsas məzmuna keç

Ali-İmran surəsi - 76-cı Ayə

Surə 3
Ayə 76

Azərbaycan dilində tərcümə

Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır).
Ali-İmran surəsi , 76-cı ayə
Ali-İmran surəsi 76-cı ayə
Tam Surə

Ali-İmran surəsi 76-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 76

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bəli, hər kəs öz əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah təqvalıları sevir.”
Nöqtələr
Aşağıdakı hallarda əhdə vəfa etmək lazımdır:
a) Allahın fitrət və ya peyğəmbərlər vasitəsi ilə insanlarla bağladığı əhd.(Bax: "Yasin”,, 60. )
b) İnsanın Allahla bağladığı əhd.(Bax: "Tövbə”, 75. )
v) İnsanın xalqla bağladığı əhd.(Bax: "Bəqərə”, 177. )
q) Rəhbərin ümmət və ümmətin rəhbərlə əhdi.(Bax: "Ənfal”, 56. )
Bildirişlər
1. Yanlış düşüncələr qarşısında mövqe tutun. Adətən, öncəki məntiq və təfəkkür rədd olunduğu halda "bəla” sözü işlədilir.
2. Təqva insanı Allaha münasibətdə yalandan və xalqın haqqına təcavüzdən qoruyur.
3. Əsas məsələ şüar yox, əməl və təqvadır.
4. Əhdə vəfa təqva nişanələrindəndir.
5. Kitab əhli olmaq yox, əhdə vəfa etmək və təqvalı olmaq məhbubiyyət ölçüsüdür.