Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 33-cü Ayə

Surə 2
Ayə 33

Azərbaycan dilində tərcümə

Allah buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver.» Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!»
Əl-Bəqərə surəsi , 33-cü ayə
Əl-Bəqərə surəsi 33-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 33-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 33

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
33. قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَآئِهِمْ فَلَمَّا أَنبَأَهُمْ بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ
"Allah buyurdu: "Ey Adəm, mələklərə onların adlarını xəbər ver.” Adəm mələklərə onların adlarını bildirdikdə Allah buyurdu: "Sizə göylərin və yerin sirlərini, sizin aşkarda və gizlində etdiklərinizi bildiyimi söyləmədimmi?”
Bildirişlər
1. Layiqli istedadlara çiçəklənmə fürsəti verin. ("Ənbihum biəsmaihim”)
2. Allahın keçirdiyi elmi sorğuda Adəm mələklərdən üstün oldu. ("Fələmma ənbəəhum biəsmaihim.”)
3. Mələklər bəzi sözləri desələr də, bəzi məsələləri gizlədilər. ("Kuntum təktumun”)