Əsas məzmuna keç

Əl-Hicr surəsi - 5-ci Ayə

Surə 15
Ayə 5

Azərbaycan dilində tərcümə

Heç bir ümmət və dəstə, özünün müəyyən (edilmiş ömür) müddətindən nə irəli keçə bilər və nə geri qala bilər.
Əl-Hicr surəsi , 5-ci ayə
Əl-Hicr surəsi 5-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 5-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 5

MÖHSÜN QƏRAƏTİ
15.12.2025

"Heç bir ümmət öz əcəlindən nə qabağa düşə bilər, nə də arxada qala bilər.”

Nöqtələr
İnsan iki növ əcəl və hadisə ilə qarşılaşa bilər. Qəti və qeyri-qəti. Qeyri-qəti əcəl dua, sədəqə və xeyir işlərlə dəyişə bilər. Qəti əcəl isə dəyişməzdir.
Bildirişlər
1. Təkcə fərdlər yox, həm də ümmətlər və onların tarixi üçün vaxt bölgüsü və əcəl var.
2. Fərd və ümmətlərin varlığı və davamı Allahın əlindədir. İnsan Allahın müəyyənləşdirdiyi qəti proqramların vaxtını dəyişə bilməz.