Əsas məzmuna keç

Əl-Hicr surəsi - 8-ci Ayə

Surə 15
Ayə 8

Azərbaycan dilində tərcümə

Biz mələkləri yalnız haqq olaraq (möcüzəvi şəkildə haqqı isbat etmək üçün) nazil edirik və onda (əgər qəbul etməsələr, cari qanunumuza əsasən) onlara möhlət verilmir.
Əl-Hicr surəsi , 8-ci ayə
Əl-Hicr surəsi 8-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 8-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 8

MÖHSÜN QƏRAƏTİ
15.12.2025

"Biz mələkləri yalnız haqq olaraq göndəririk və o halda artıq kafirlərə möhlət verilməz. (Allahın qəzəbi onları dərhal yaxalayar.)”

Nöqtələr
Quran ayələrindən məlum olur ki, Peyğəmbərdən möcüzə göründüyü vaxt xalq etinasızlıq göstərsə, ya dərhal ilahi qəzəb nazil olar, ya da bu qəzəb bir müddət təxirə salınar. Amma bu möcüzəni xalq tələb etmiş olsa, möcüzədən sonra təslim olmayan həmin xalq dərhal ilahi qəzəbə düçar olar və onlara heç bir möhlət verilməz. Bu sayaq möcüzəyə nümunə olaraq xalqın tələbi ilə Salehin dağdan dəvə çıxarmasını, həzrət İsadan «Səma süfrəsi» istəyini göstərmək olar.
Ötən ayədə kafirlər möhtərəm Peyğəmbərdən (s) mələk istədilər. Bu ayə cavab verir ki, mələk layiqli insanlara nazil olur və ləyaqətsiz insanlara mələk nazil olması batildir.
Bildirişlər
1. Mələk onun-bunun həvəsi əsasında nazil olmur. Mələklər yalnız haqq əsasında göndərilirlər.
2. Möhlət verilməsində də qanunauyğunluq var. Əgər xalq öz dili ilə möcüzə istəyib, möcüzədən sonra tabe olmursa, heç bir möhlətdən söhbət gedə bilməz.