Əsas məzmuna keç

Əl-Hicr surəsi - 86-cı Ayə

Surə 15
Ayə 86

Azərbaycan dilində tərcümə

Həqiqətən sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.
Əl-Hicr surəsi , 86-cı ayə
Əl-Hicr surəsi 86-cı ayə
Tam Surə

Əl-Hicr surəsi 86-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 86

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"Həqiqətən, sənin Rəbbin yaradan və biləndir.”

Nöqtələr
"Səfhə” sözündən olan "səfh” sözü üz, çöhrə mənasını bildirir. "Fəsfəhis səfhə”, yəni bağışlayaraq üzünü yana çevir. İmam Riza (ə) «gözəl səfh» təbirini cəzalandırmadan bağışlamaq mənasında təfsir etmişdir.
Bildirişlər
1. Yaranış məqsədlidir və məqsəd haqdır.
2. Xilqət üçün hədəf var və bu yol məada aparır.
3. Əgər kafirləri tənbeh etmək üçün gücünüz yoxdursa, nigaran olmayın, qarşıda qiyamət var.
4. Əxlaqi məsələlərin, güzəşt və əfvin əsasını yaranış və məada iman, düzgün hədəf seçimi təşkil etməlidir.
5. Bir halda ki, Qiyamət haqdır, hamı ilə hesab çəkiləcək, kafirlərin hiylə və inadlarına görə narahat olma, onları əfv et.
6. Əfv fərmanı verən tərbiyəçi, xaliq və alim Allahdır. (Əfv və güzəştin fərd və cəmiyyətin ruhunda, xalqın cəzb və inkişafında necə müsbət təsirə malik olduğunu Allah bilir. Buna görə də əfv göstərişi sizə ağır gəlməsin.)