Əsas məzmuna keç

Əl-Hicr surəsi - 87-ci Ayə

Surə 15
Ayə 87

Azərbaycan dilində tərcümə

Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Qur’anı əta etdik.
Əl-Hicr surəsi , 87-ci ayə
Əl-Hicr surəsi 87-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 87-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 87

MÖHSÜN QƏRAƏTİ
16.12.2025

"Həqiqətən, Biz sənə təkrarlanan yeddi ayəni ("Həmd” surəsini) və böyük Quranı verdik.”

Nöqtələr
Şiə və sünni rəvayətlərində bildirilir ki, "Səbən minəl-məsani” ifadəsi "Həmd” surəsinə işarədir. Çünki bu surə hər namazda iki dəfə oxunur. Rəvayətlərdə Allah-təalanın belə buyurduğu nəql olunur: "Mən "Həmd” surəsini Özümlə bəndəm arasında iki hissəyə böldüm. Onun yarısı Mənə, yarısı bəndəmə aiddir.("Bismillahdan” "Maliki yəvmid-din”ə qədər Allaha, "İyyakə nəbudu” cümləsindən sonadək bəndəyə aiddir.) Bəziləri "məsani” sözünün Qurana işarə olduğunu bildirir. "Səbən minəl-məsani” dedikdə Quranın yeddi ayəsi nəzərdə tutulur. Bu isə "Həmd” surəsidir. Dəlil olaraq "Zumər” surəsinin 23-cü ayəsi göstərilir. Yəni Allah ən üstün hədisi nazil etdi. Elə bir kitab ki, ayələri mütəşabeh, həmahəng və təkrarlanandır.
Möhtərəm Peyğəmbər (s) buyurur: "Allahın Quran əta etdiyi kəs başqasına daha üstün şey verildiyini təsəvvür etsə, Quranı kiçik saymışdır və əslində kiçik olan qeyri-Quranı böyük qəbul etmişdir.”
Bildirişlər
1. Qanun vermək Yaradanın haqqıdır. Qanun yaranış nizamına uyğun gəlməlidir.
2. Tərbiyəvi məsələlərdə təkrar mühümdür. (Ayələrin, sözlərin, dastanların, ilahi sifətlərin, əzab və məad ayələrinin, ümmətlərin taleyinin, ilahi lütflərin, ilahi göstərişlərin, Quran tilavətinin təkrarı.)
3. "Həmd” surəsi yeddi ayədən ibarət olsa da Quran çəkisindədir.