Əsas məzmuna keç

Hud surəsi - 65-ci Ayə

Surə 11
Ayə 65

Azərbaycan dilində tərcümə

Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan bir vəddir».
Hud surəsi , 65-ci ayə
Hud surəsi 65-ci ayə
Tam Surə

Hud surəsi 65-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 65

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(Bütün bu xəbərdarlıqlara baxmayaraq Səmud qövmü) dəvəni kəsdilər.
(Saleh) dedi: “Üç gün evlərinizdə bəhrələnin, (sonra ilahi əzab yetişəcək). Bu,
doğru bir və`ddir.”


Nöqtələr
◘Rəvayətdə oxuyuruq ki, dəvəni bir nəfər öldürdü. Bununla belə Qur`an bütün
xalqın dəvəni öldürdüyünü bildirir. Bunun səbəbi ətrafdakıların qatillə razılaşması
idi. İslamın nəzərincə, hər bir fərdin günahı onun tərəfdar və hamilərinin də
ayağına yazılır.
Sual: Üç gün möhlətin mə`nası nə idi?
Cavab: Bunun bir sıra səbəbləri var: Tövbə üçün fürsət vermək, ruhi sıxıntıya
salmaqla əzabı artırmaq (əgər bir şəxsə üç gün sonra öləcəyi xəbər verilsə, həmin
üç gün onun ruhuna ən böyük zərbə olur), bu müddətin tə`yini qeybi bir xəbər
olduğundan, peyğəmbərin haqq olmasının növbəti bir sübutu idi.
Bildirişlər
1. Başqalarının günahı ilə razılaşmaq onların günahına şəriklikdir.

2. Allahın xəbərdarlıqlarını zarafat saymayın.
3. Müqəddəsliklərin təhqiri qəti əzabla nəticələnir.