Əsas məzmuna keç

Hud surəsi - 64-cü Ayə

Surə 11
Ayə 64

Azərbaycan dilində tərcümə

«Və ey mənim qövmüm, bu, Allahın sizin üçün (Onun tovhidi və mənim peyğəmbərliyim barəsində) bir əlamət və möcüzə olan dişi dəvəsidir (ki, Onun istəyi ilə birdən-birə daşın arasından çıxmışdır). Buna görə də, onu qoyun Allahın torpağında otlasın və ona əsla bir zərər-ziyan vurmayın ki, sizi çox yaxın bir əzab yaxalayar».
Hud surəsi , 64-cü ayə
Hud surəsi 64-cü ayə
Tam Surə

Hud surəsi 64-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 64

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

”(Saleh öz mö`cüzəsinin bəyanında dedi:) “Ey mənim qövmüm! Allahın
bu dişi dəvəsi sizin üçün bir mö`cüzədir. Onu azad buraxın, Allahın yerində
otlasın. Onu incitməyin ki, tezliklə sizi əzab bürüyər.”

Nöqtələr
◘Həzrət Salehin dəvəsi bir sıra imtiyazlara malik idi. Dağın köksündən
çıxmışdı, təmasda olmadan balaya qalmışdı, bir günə bütün kəndin suyunu içirdi,
məntəqə əhalisinin ehtiyacı qədər süd verirdi, xalqın bu dəvəyə heç bir qulluq
məs`uliyyəti yox idi.
◘Həzrət Saleh xalqa buyurdu: “Mən sizin bütlərdən bir şey istəyim, siz də
mənim Allahımdan bir şey istəyin. Hansı müsbət cavab versə, hamımız ona
pərəstiş edək.” Müşriklər qəbul etdilər. Onlar istədilər ki, dərhal dağın köksündən
 hamilə bir dəvə çıxsın. Allah onların istəyini yerinə yetirdi. Deyilən şərtlərə malik
bir dəvə dağın köksündən xaric oldu.

Bildirişlər
1. Peyğəmbərin dəlil və mö`cüzəsi xalq tərəfindən hiss olunmalıdır. Onlar bu
mö`cüzəni anlamalı, müşahidə etməlidirlər.
2. Allahın qüdrət əli açıqdır və O, qüdrət sahibidir. Allah Öz peyğəmbərinə
dəvənin dağın köksündən çıxması kimi mö`cüzə verə bilər.
3. Salehin dəvəsi böyük bir mö`cüzə idi.
4. Müqəddəsliklərə hörmət göstərmək lazımdır.
5. Müqəddəsliklərin təhqiri dərhal əzabla nəticələnir.