NUR TƏFSİRİ: Hud surəsi / ayə 66
“(Üç gün ötdükdən sonra) Bizim (əzab) fərmanımız gəldi. Saleh və onunla
birlikdə iman gətirənlərə Öz rəhmətimizlə nicat verdik və onları həmin
günün zəlalətindən (xilas etdik). Həqiqətən, sənin Rəbbin yenilməz qüvvə
sahibidir.”
Nöqtələr
“Xizy” dedikdə aşkar olması ilə insanı rüsvay edən eyb nəzərdə tutulur.
Zəlzələ, sel, yoluxucu xəstəliklər kimi təbii bəlalar kafirlərlə yanaşı mö`minləri
də əhatə edə bilər. Necə ki, bir qrup insanın ehtiyatsızlığından çoxları əziyyət
çəkir. Mö`minlər Allahın kafirlərə nazil etdiyi qəzəbdən o zaman nicat tapırlar ki,
“əmr be mə`ruf” və “nəhy əz münkər”i tərk etməmiş olsunlar, azğınlıqlar
qabağında susmasınlar.
Bildirişlər
1. Allah-təala peyğəmbərləri və onların ardıcıllarını öz əzabından qoruyur.
2. Allahın qəzəbindən qurtulmaq üçün iman və peyğəmbərə tabeçilik zəruridir.
3. Peyğəmbərə tabeçilik insanın başıucalıq və izzət səbəbidir.
4. Kafirlərin arasında bir neçə mö`minə nicat vermək Allah üçün çətin deyil.
5. Allah-təala peyğəmbərə təsəlli verir ki, Mən sənin müxaliflərinlə lazımı
şəkildə rəftar etməyə qadirəm. Çünki O, yenilməz qüvvə sahibidir.