NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Allahın necə məsəl çəkdiyini görmədinmi? Pak, xoş söz kökü möhkəm, budaqları səmada pak bir ağac kimidir.”
Nöqtələr
"Şəcərətin təyyibə”, yəni pak ağacın müəyyən səciyyələri var: inkişaf, bol bəhrə, kölgə, möhkəmlik, daimi səmərə. Müvəhhid (təkallahçı) insan da daim səydədir, onun danışıq və əməllərində imanının əsərləri görünür. Onun etiqadı mövsümi yox, daimidir və başqalarını imana, xeyir əmələ dəvət edir.
Rəvayətlərdə və təfsirlərdə "kəlimətən təyyibə” ilə bağlı bir çox nümunələr zikr olunur: tövhid, iman, düzgün əqidə, səmavi rəhbər və vəfalı tərəfdarlar. Bəli, tövhid insanın fitrətində və ruhunun dərinliyində qərarlaşmış sabit bir bünövrədir. Tövhidin insanın bütün əməllərinə, danışıqlarına və düşüncələrinə təsiri var. Belə bir insan hər vaxt, bütün eniş-yoxuşlarda iman meyvəsindən bəhrələnə bilər.
Tövhid ağacının sabit kökü var. Hədələr, qurğular, acılı-şirinli hadisələr, zalım qüvvələr bu ağacı yerindən tərpədə bilmir. Rəvayətlərdə bu ağac Peyğəmbər və onun Əhli-beyti kimi təfsir olunur. Bu səbəbdən də, Məhəmməd (s) dini və onun Əhli-beytinin yolu bir bu qədər düşmən qarşısında genişlənməkdə, dünyanı bürüməkdədir.
Bildirişlər
1. Quranın məsələlərinə diqqətli olaq.
2. Həqiqi əqidə pak sözdür. ("Kəlimətən təyyibə”) Bu sözün kökü sabit möminlərin qəlbindədir. Möminləri bu əqidədə qoruyub saxlamaq Allahın lütflərindəndir.
3. Haqq söz möhkəm, davamlı və dəyişməzdir.