Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 26-cı Ayə

Surə 14
Ayə 26

Azərbaycan dilində tərcümə

Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir. (Küfr və şirk əqidələri və ya hər hansı bir batil iş onu daşıyan fərdlərin ölümü ilə puç olacaqdır və həmçinin kafir cəmiyyət nəhayət bir gün məhv olacaqdır.)
İbrahim ‏ surəsi , 26-cı ayə
İbrahim ‏ surəsi 26-cı ayə
Tam Surə

İbrahim ‏ surəsi 26-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 26

MÖHSÜN QƏRAƏTİ
03.12.2025

"Çirkin söz (etiqad) yerdən qoparılmış və heç bir davamı olmayan çirkin ağac kimidir.”
Nöqtələr

"İctisas” sözü "kökündən qoparmaq” mənasını bildirir.
Qatqılı və azğın əqidələrin, sözlərin və insanların nə kökü, nə meyvəsi, nə gülü, nə gözəlliyi, nə ətri, nə möhkəmliyi, nə kölgəsi, nə də inkişafı var. Onlar başqalarının yolu üstə tikandan başqa bir şey deyildirlər.
Bildirişlər
1. Müqayisə təlim-tərbiyə üsullarından biridir.
2. Şirkin və Allahdan uzaq istənilən bir şeyin sabitliyi və davamı yoxdur.
3. Batil əqidələrin yosun kimi dərində kökü yoxdur. Ona görə də düzgün gövdə və əsasdan məhrumdur.